Bu bank kreditlər üzrə faiz dərəcələrini aşağı saldı

img

01-05-2018 [11:11]


"Mərkəzi Bankın uçot dərəcəsini azaltması bazarın əsas iştirakçılarından olan "PAŞA Bank"ın kreditlər və depozitlər üzrə faiz dərəcələrinə də təsir etdi".

Bunu Paşa Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, "PAŞA Bank" da faiz dərəcələrini aşağı salıb. "Ümumilikdə, bu yaxşı tendensiyadır. Faiz dərəcələrinin aşağı düşməsinin digər səbəbi bank sektorunda qeyri-nağd əməliyyatların artması olub. Kreditlər üzrə faiz dərəcəsi 18-20 faizdən 14-16 faizə, depozitlər üzrə isə 12 faizdən 7-8 faizə enib".

T. Kazımov əlavə edib ki, növbəti üç illik strategiyada bankın xarici banklara investisiya planları yoxdur: "Bank olaraq fəaloyyətimizi üç əsas ölkədə gücləndirib genişləndirməyi düşübürük. Hələ ki strategiyamızda başqa ölkələrə investisiya planı yoxdur".



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub