warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü
Şriftin ölçüsü / 414 dəfə oxunub

Kino İnkişaf Mərkəzi yaradıldı - Əmr

30 Aprel 2018 [13:57]
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən, Kino İnkişaf Mərkəzi yaradılıb.

Bu barədə idarədən Mia.az-a verilən məlumata görə, mərkəz Bakı şəhər və ətraf qəsəbələrdə mədəniyyət müəssisələrində yeni kinoteatrların yaradılması və onların işinin təkmilləşdirilməsi ilə məşğul olacaq:

"Mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini daha geniş kütləyə çatdırmaq, həmdə bu sahədə çalışan insanların yaradıcılıq potensialının üzə çıxarılmasına köməklik göstərmək, kinoteatrlarda insanların xarici və yerli, azərbaycan reallıqlarını əks etdirən, milli qəhramanların həyatından bəhs edən, vətənpərvərlik mövzusunda olan kinofilmlərə marağını artırmaq məqsədilə yaradılıb.

Yeni Mərkəzdə müasir filmlərin premyeraları, nümayişlər, müzakirələr, diskussiyalar, yaradıcı insanlarla, aktyor və rejissorlarla görüşlərin keçirilməsi nəzərdə tutulub".


SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi