ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Nə filmdəymişəm, nə tamaşada…" - Yazıçı Səxavət Tağlar yazır - mia.az
Şriftin ölçüsü / 921 dəfə oxunub

"Nə filmdəymişəm, nə tamaşada…" - Yazıçı Səxavət Tağlar yazır

(esse)

26 Aprel 2018 [22:43]
Səxavət Tağlar, 
Əməkdar müəllim, yazıçı 

***
               
...Arxada qalan illər... Birdən-birə o illər gözlərimdə kino lenti oldu. Sevincli günlərim, kədərli günlərim. Ömrümün naxışları! 

O naxışlar məni necə ovsunladısa elə bildim ki, tamaşadayam, yaxud maraqlı bir filmə baxıram. Baxdıqca düşüncələrə daldım: Bu film mənə niyə bu qədər yapışıqlıdır?! Məni niyə bu qədər özünə çəkir?! Sanki əlimdə punkt ötən illəri saxlayıb, təkrar-təkrar baxmaq istəyirəm. Ay Allah, bu nə tamaşadır?! Nə filmdir?! Özümü cəmləyib diqqətimi daha da artırdım...

Bu dəm telefonum zəng çaldı.

-Alo 

-Salam, müəllim!

- Salam, salam, Simarə xanım.Necəsiniz?

- Yaxşılıqdır, müəllim, sevimli insan!   

- Allah Siz istedadlı gənclərimizi qorusun! Səsin-sorağın maşallah...

- Əlimdə " Ədəbiyyat qəzeti” var. Yazıçılar Birliyinin "Səxavət Tağlar-60” təbrik məktubunu oxuyuram. Dedim Sizi təbrik edim...

-Təşəkkür edirəm! Var olun...

Xalq artisti Simarə İmanova ilə danışa-danışa mənə aydın oldu ki, nə filmdəyəm, nə tamaşada. Evdəyəmmiş! Sanlı günlər qalan 60 illik yubileyimin təşkilati işlərini o qədər "dağ-aran” etmişəm ki, ötən günlərim, aylarım, illərim xəyalımda filmləşib. 

Öz həyatımı, xəyalımın, düşüncəmin,  baxışlarımın şirinliyini yaşayırammış... 

Yadıma düşdü ki, axı mən evdən çıxıb "Bu da 60”ın çəkilişinə getməliyəm... 

Mia.az                                                                                                      
               



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR