ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Ay qardaş, əgər dostundursa, qohumundursa..." – Tanınmış jurnalist aparıcıları topa tutdu - mia.az
Şriftin ölçüsü / 763 dəfə oxunub

"Ay qardaş, əgər dostundursa, qohumundursa..." – Tanınmış jurnalist aparıcıları topa tutdu

26 Aprel 2018 [21:17]
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Space TV-də efirə gedən "Yerimdəyəm” verilişinin qonağı olub. 

Mia.az xəbər verir ki, televiziya aparıcılarının fəaliyyətinin müzakirə olunduğu verilişdə jurnalist verdiyi açıqlamalarla yenə dəqqəti öz üzərinə çəkib.

S.Verdizadə təəssüflə qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən televiziya aparıcılarının əksəriyyəti Azərbaycan ədəbi dilinin normalarına riayət etmir: "Aparıcılarının yarısından çoxu ləhcə ilə danışır. Aparıcı var ki, "pencək” əvəzinə "pəncəy” deyir. Aparıcı da var ki, efirə dəvət etdiyi adama "ayə”, "ala” deyə müraciət edir. Azərbaycan dilini bilməyən, ədəbi dil qaydalarına riayət etməyən adamları efirə buraxmaq olmaz”.

Tanınmış jurnalist bildirib ki, aparıcıların əksəriyyəti reytinq arxasınca qaçdığa üçün peşəkarlıq arxa plana keçib: "Aparıcı tanıyıram ki, reytinq xatirinə efirdə dombalaq aşır. Çağırdığı qonağı alçaldan, süni qalmaqal yaradan aparacılar da az deyil. Efirdə oyunbazlıq etmək olmaz. Bu cür neqativ hallar tamaşaçıları efirdən iyrəndirir”.

Seymur Verdizadə bəzi televiziya aparıcılarını həm də dostbazlıqda, qohumbazlıqda ittiham edib. Onun sözlərinə görə, bəzi aparıcılar verilişlərə öz dostlarını, qohumlarını dəvət etməkdə maraqlıdırlar: "Ay qardaş, ay bacı, filankəs sənin dostundursa, qohumundursa, rəfiqəndirsə, onu evinə qonaq çağır. Mövzuya dəxli olmayan adamları efirə çağırıb, tamaşaçıların əsəbləri ilə oynamayın”.

Verilişin digər qonağı, əməkdar artist Bəsti Sevdiyeva Seymur Verdizadə ilə həmrəylik nümayiş etdirib. Əməkdar artist deyib ki, heç bir aparıcının efirdə ləhcə ilə danışmağa ixtiyarı yoxdur.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR