Şriftin ölçüsü / 294 dəfə oxunub

Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş konsert- Nəsimidə

26 Aprel 2018 [16:33]

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi Nəsimi rayonunda qeyd olunub.

Rayon İH-dən Mia.az-a daxil olan xəbərə görə, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Azərbaycanın görkəmli alimi respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov çıxış edərək görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan konsertin əhəmiyyətindən danışıb, konsertin təşkilində əməyi olan tələbə və müəllimlərin bu tədbirə böyük ehtiram və məhəbbətlə hazırlaşdıqlarını bildirib .

Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Nəfəs və zərb alətləri orkestri, Xalq çalğı alətləri ansamblı, Xor kollektivi və beynəlxalq müsabiqələr laureatları Azərbaycanın və xarici bəstəkarların musiqi əsərləri ilə çıxış ediblər.




SON XƏBƏRLƏR