Ermənistanda daha 3 nazir istefa verdi

img

26-04-2018 [15:18]


Ermənistanda yüksək vəzifəli məmurların istefası davam edir.

Bu gün ölkənin üç naziri, 2 qubernatoru istefa verib. Məlumata görə, postunu tərk edənlər Daşnaksütyun partiyasının üzvləri - təhsil naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, şəhərsalma və inkişaf naziri David Lokyandır. Nazirlərin ardınca isə Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotlu vilayətinin qubernatoru Aşot Simonyan istefa verib.

Qeyd edək ki, dünən isə idman və gənclərlə iş üzrə nazirin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verərək etirazçılara qoşulmuşdu.

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR