Tramp ermənilərin arzusunu ürəyində qoydu - O, "erməni soyqırımı" ifadəsini işlətmədi

img

24-04-2018 [23:48]


ABŞ prezidenti Donald Tramp bugünkü açıqlamasında yenə də qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib.

Ağ Ev rəhbəri 1915-ci ilin "dəhşətli" hadisələrinin yada salındığını deyib.

Tramp bildirib ki, insanların zərər çəkməsindən və həyatlarını itirməsindən kədərlənir.

"Biz 1915-ci ilin dəhşətli hadisələrini yada salırıq və insanların həyatını itirmələrindən, zərər çəkmələrindən kədərlənirik", - deyə ABŞ prezidenti bildirib.

Ağ Ev rəhbəri ermənilərin Osmanlı imperiyasından deportasiya edildiyini qeyd edib.

Bununla da Tramp ermənilərin gözləntilərinin əksinə olaraq, növbəti dəfə qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR