"Biz nə qərbyönlüyük, nə Rusiya, nə də iranyönlü..." - Sərkisyanı devirən müxalifət lideri

img

24-04-2018 [23:03]


"Ermənistan müxalifəti nə qərbyönlüdür, nə də rusiyayönlü. Başqa ölkələrlə münasibətlər digər dövlətlərin ziyanına inkişaf etməyəcək".

Bunu Ermənistan müxalifətinin lideri Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

"Biz nə qərbyönlüyük, nə Rusiya, nə də iranyönlü...Heç bir ölkə ilə münasibətləri digər dövlətlərlə əlaqələrə ziyan vurmaqla inkişaf etdirməyə hazırlaşmırıq. Avropa İttifaqı, Rusiya və ABŞ-la münasibətlər bizim üçün vacibdir. Lakin onların heç biri ilə münasibətlər digərlərinə ziyan vurmaqla inkişaf etməməlidir", - deyə Paşinyan bildirib.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan əleyhinə aksiyalar aprelin 13-də başlayıb. Müxalifət onu hakimiyyəti qeyri-effektiv idarə etməkdə və ölkədə iqtisadi vəziyyətin pisləşməsində ittiham edib. Sarkisyan aprelin 23-də vəzifəsindən istefa verib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR