Azərbaycanın əməkdar artisti vəfat edib...

img

24-04-2018 [19:49]


Azərbaycanın əməkdar artisti Nazim Ağayev vəfat edib.

Report-un məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Ağayev 1939-cu il yanvarın 2-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Teatr İnstitunun Musiqili komediya fakültəsinə daxil olub, 1967-ci ildə oranı müvəffəqiyyətlə bitirib. 1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olub, həmçinin Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışıb. 1978-ci ildən "Azkonsert" Dövlət konsert-qastrol birliyinin solisti olub, müxtəlif vaxtlarda 7 bədii filmdə çəkilib. Barəsində "Bəxtimə düşən sənət" sənədli filmi çəkilib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əməkdar artist fəxri adina layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR