“Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

img

24-04-2018 [18:02]


"Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun növbəti toplantısı keçirilib.

Mia.az-ın xəbərinə görə, toplantıda İşçi Qrup öz iş planını təsdiq edib və iş planına uyğun olaraq görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

İlkin müzakirələr nəticəsində qərara alınıb ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriləcəyi yer kimi Heydər Əliyev Sarayının ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin.

Bundan başqa, "Məhsul” stadionunda-açıq hava şəraitində kütləvi yubiley tədbirinin-mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.

İclasın sonunda İşçi Qrup əsası 1999-cu ildə Əbülfəz Elçibəy tərəfindən qoyulmuş, 24 aprel - Bütöv Azərbaycan Gənclər günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR