"Çəkin bunların əlini camaatın cibindən!" - "Bakcell" daha bir tanınmış jurnalistə atdı + FAKT

img

24-04-2018 [15:05]


"Telefona 10 manat yüklədim, heç nə danışmadığım halda, 3 günə qurtardı. Birinci dəfə dedim, yəqin nəsə texniki səhv olub. İkinci dəfə dedim, içinə zəhər, indi nə məsələdir görəsən? Üçüncü 10 manat da üç günə qutarandan sonra getdim Bakcell-in müştəri xidmətlərinə".

Mia.az bildirir ki, bunu Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, müştəri mərkəzində ona izah ediblər ki, guya hansısa kənar şirkətlərin servislərinə qoşulub: ""Vialink", "Simtoday", "Navigator", sizin it bizim örkəni apardı... Hamısının da adını birinci dəfə idi eşidirdim. Nə qədər and-aman elədim ki, mən belə zir-zibilə qoşulmamışam, xeyri olmadı. Bir siyahı verdilər ki, həmin şirkətlərə bir-bir zəng vurub, xidmətlərini ləğv etdirim.

 Heç vaxt qoşulmadığım "xidmət"ləri ləğv etdirmək üçün durub itə-qurda zəng vururam... 

Özü də "xidmət" sözü heç yerinə düşmür, xidmətin insana hansısa faydası olar, bu isə açıq-aşkar cibgirlikdir. Sadəcə, cibgirliyin yüksək texnoloji formasıdır. Bakcell, 10 ildən çoxdur sizin müştəriyəm, sizə şirkət olaraq həmişə hörmətlə yanaşmışam, amma bu, nə deməkdir? Bu fırıldaqçılara niyə meydan vermisiniz? Çəkin bunların əlini camaatın cibindən!.. 

Hər şey cəhənnəmə, sizin adınıza yaraşdırmıram...".


MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR