Gömrük Komitəsinin 31 yaşlı əməkdaşı öldürüldü - "Zapravka"da qətl

img

24-04-2018 [12:17]


Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

Hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib.

Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluqdan bildirilib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR