BNA yarıtmazlığı, yoxsa hökumətə qarşı qəsd?

img

24-04-2018 [10:47]


Bakı Nəqliyyat Agentliyinin avtobusları Formula-1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar yollarda yaranmış sıxlıq səbəbindən yaşanan narahatlığı daha da alovlandırmaqla məşğuldur. Belə ki, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sərnişinlər küçələrdə qalıb.

Axar.az xəbər verir ki, Agentlik nəzarətində olan avtobusların gecikmə səbəbi kimi bu gün yollarda yaranmış sıxlığı əsas gətirən açıqlama yayıb.

Lakin Formula-1 Azərbaycan Qran Pri yarışlarna aidiyyəti olmayan yollarda belə BNA avtobusları gəlib çıxmır. Agentliyin yarıtmaz işi sayəsində bu gün də səhər saatlarından başlayaraq, yüzlərlə sərnişin uzun müddət dayanacaqda avtobus gözləməli olub.

Belə rüsvayçı vəziyyət 3 saylı marşrut xəttində də yaşanıb. Bir-birinin ardınca gələn və dayanacaqdan eyni vaxtda çıxaraq, demək olar ki, boş gedən avtobuslar sərnişinlərin israrına baxmayaraq, qapıları yenidən açmayıblar. Ardınca isə sərnişinlərin 30 dəqiqədən də artıq gözləməsinə baxmayaraq, növbəti marşrut gəlib çıxmayıb.

Dəfələrlə baş verən bu cür hallara Agentlik sözçüsü yollardakı sıxlığı bəhanə gətirsə də, fakt ondan ibarətdir ki, interval nizamlanmır, xüsusilə "Bakı Bus” avtobusları xaotik hərəkət edir.

Bir müddət öncə bu marşrutda çalışan konfortlu avtobusların qabaq qapılarının yalnız bir layı açılırdı. Sürücülər idarədə qapılara müdaxilə edildiyini və sıxlıq olarkən, sərnişinlərdən kiminsə "gözəgörünmədən” avtobusa ödənişsiz daxil ola biləcəyinin qarşısını almaq üçün bu üsula əl atıldığını bildirmişdi. 20 qəpiyi güdən şirkətin xaotik intervalı səbəbindən insanların nə qədər mənəvi zərərə uğradığını isə bu qurum, deyəsən, anlayacaq səviyyədə deyil.

Ən problemli cəhət odur ki, BNA faktiki olaraq nəzarət etdiyi marşrut xətlərində monopoliya yaradır və həmin istiqamətdə alternativ xətlərin işləməsinə imkan vermir. Alternativ olmadığından, sərnişinlər yalnız bir marşrut xəttinin ümidinə qalır. Əvəzində isə uzun müddət yolda gözləməyə, sistemsiz fəaliyyətin acı nəticəsini yaşamağa məcbur olurlar.

Qeyd edək ki, hər gün yaşanan bu problemin öhdəsindən BNA gəlmir və ya qəsdən gəlmək istəməməklə, süni narazılıq, heç bir səbəb olmadan əhalinin hökumətdən narazı qalmasını körükləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR