Digər nazir və komitə sədrləri də təsdiqləndi - Nazirlər Kabinetinin TAM TƏRKİBİ + Sərəncam

img

23-04-2018 [19:33]


Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər üzvləri də təyin ediliblər. Bununla da Nazirlər Kabinetinin tam tərkibi belədir.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov

Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev;

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.

Gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;

Mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;

Müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;

Səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;

Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;

Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;

Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi –Arzu Yusif oğlu Rəhimov.

Mia.az 



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR