"Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nə dəyişiklik - Fərman

img

23-04-2018 [19:04]


Bu gün Prezident İlham Əliyev "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında  fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar aşağıdakı dəyişiklik olub:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80, № 3, maddə 235; 2007, № 9, maddə 870; 2008, № 11, maddə 970; 2009, № 5, maddə 323; 2011, № 2, maddə 85; 2012, № 3, maddə 198; 2016, № 5, maddə 863, № 7, maddə 1263; 2017, № 5, maddə 828) ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 8.6-cı yarımbəndində "müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə” sözləri "lisenziya, icazə və ya digər” sözləri ilə əvəz edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR