BAXCP aprelin 24-də Xilaskar Türk Əsgərini ziyarət edəcək

img

23-04-2018 [17:21]


BAXCP aprelin 24-də Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək. 

Bununla bağlı Mia.az saytina BAXCP funksioneri, QHT sədri Niyaməddin Orduxanlı bildirib. 

Onun sözlərinə görə, BAXCP 2007-ci ildən bu günə qədər Xilaskar Türk Əsgərinin abidəsini ziyarət edir: 

"BAXCP hesab edir ki, aprelin 24-ü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd olunmalıdır. Bu səbəbdən də BAXCP artıq 11 ildir ki, Türk Abidəsinə əklil qoyur və onu ziyarət edir. Sabah da BAXCP-nin rəhbər strukturları, İdarə heyətinin üzvüləri və Bakı və ətraf rayon şöbələrinin rəhbərləri ilə birgə ziyarət olunacaq. Biz bunu bir mənəvi borc bilirik. Uzun illərdi ki, liderimiz Qüdrət Həsənquliyev cəmiyyətdə bu təşəbbüslü cıxış edir ki, o zaman orduya rəhbərlik edən Nuru Paşanın xatirəsinə Bakının mərkəzində abidə ucaldılsın. 

Və bununla bağlı BQP sədri , millət vəkili Fazil Mustafa ilə birgə keçmiş baş nazirə rəsmi müraciət də edilib. BAXCP yarandığı gündən bu günə kimi türkçülüyə son dərəcə önəm verən bir təşkilatdır. BAXCP hesab edir ki, dünyada qardaş Türkiyə dövləti qədər Azərbaycana yaxın ikinci bir dövlət yoxdur! Və yaxudda əksinə, Azərbaycan qədər Türkiyəyə yaxın ikinci bir dövlət tanımırıq! Bilrisiniz ki, bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Bu bir tarixi həqiqətdir ki, 1918-ci ildə Osmanlı dövlətinin ( indiki Türkiyənin ) hərbi naziri Ənvər Paşanın əmri ilə Nuru Paşa Qafqaz İslam Ordusuna rəhbərlik edərək Azərbaycanı erməni-bolçevik hərbi birləşmələrdən azad edib. Nuru Paşanın Bakını işğaldan azad edəndən sonra Azərbaycan öz müstəqliyini qura bilib. Tanrı Azərbaycanı işğaldan qurtaran türk əsgərlərinin ruhunu şad etsin!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR