"İslahlar bundan sonra da davam edəcək" - Ramiz Mehdiyevdən mühüm mesaj + Video

img

23-04-2018 [16:14]


"Ölkə başçısının islahatları göz qarşısındadır və bundan sonrada davam edəcək”.

Yeni Kənd təssərüfatı naziri İnam Kərimovu kollektivə təqdim edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbərə eksklüziv müsahibəsində mühüm məqamlara toxunub.

O açıqlamasında mühüm mesajlar verib: "İslahlar göz qarşısındadır. Cənab prezident kənd təsərrüfatı, sosial məsələlər və iqtisadiyyat üzrə islahatlar həyata keçirir. Yeni kadrlar təyin olunur. Bu məsələlərin həlli üçün, qarşıya qoyulan tələblərin icrası üçün yeni kadrlar təqdim olunur. Gənc kadrlar o insandırlar ki, müasir dünyada gedən proseləri daha tez qəbul edirlər. Ona görə Azərbaycan bu texnologiylarin tətbiq olunması üçün cənab prezident tərəfindən səylər göstərilir".

O qeyd edib ki, prezidentin məqsədi ondan ibarətdir ki, nazir vəzifələrinə, ümumiyyətlə isə rəhbər vəzifələrə gənc və bacarıqlı, güclü mütəxəssislər, xarici dilləri bilənlər və müasir tipli kadrlar təyin olunmalıdır: "Bunları da cənab prezident həyata keçirir. Bu gün də təyinatlar olacaq. Bu təyinatlara baxıb görəcəksiniz ki, cənab prezident gənc kadrları irəli sürür və onlara böyük etimad göstərir”.





Digər xəbərlər
SON XƏBƏRLƏR