″Bakı Metropolteni″ QSC-nin deposunda qumbara tapıldı - ANAMA-dan açıqlama + FOTO

img

20-04-2018 [17:41]


Aprelin 20-də saat 12:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə MərkəzindənAzərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə ″Bakı Metropolteni″ QSC-nin N.Nərimanov adına Elektrik deposunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü və 20 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR