Elçibəyin 80 illik yubileyinin keçirilməsi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb

img

20-04-2018 [17:20]


Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb.

Bir qrup ziyalı və tanınmış ictimai xadimin 4 fevral 2018-ci ildə Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına etdiyi müraciətə cavab olaraq bu gün Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib.

Toplantıda xalq hərəkatının iştirakçılarından olan Sabir Rüstəmxanlı, Ədalət Tahirzadə, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov, o cümlədən Günaz TV-nin rəhbəri Əhməd Obalı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli və digər ictimai-siyasi fəallar, Elçibəyin yaxın silahdaşları, partiya və media mənsubları iştirak ediblər. Toplantıda yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün İctimai Təşkilat Komitəsi yaradılıb. Komitəyə Əbülfəz Elçibəyin mətbuat katibi və silahdaşı, professor Ədalət Tahirzadə sədr, Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov isə sədr müavini seçilib.

Bundan sonra, toplantı İctimai Təşkilat Komitəsinin iclası kimi davam etdirilib. Qərara alınıb ki, İctimai Təşkilat Komitəsinin siyahısı açıq saxlanılsın və komitədə iştirak etmək arzusunda olub müraciət edən hər bir kəsin müraciətinə baxılsın. Komitənin iclasında Azərbaycanda və ölkədən kənarda keçiriləcək silsilə yubiley tədbirləri ilə bağlı təkliflər səslənib, müzakirələr aparılaraq bir sıra qərarlar qəbul edilib. Nəzərdə tutulan işlərin planlı şəkildə həyata keçirilməsi üçün Təşkilat Komitəsi özünün işçi qrupunu yaradıb. Qərara alınıb ki, bundan sonra yığıncaqlar əsasən işçi qrupu üzvlərinin iştirakı ilə, həftədə iki dəfə olmaqla keçirilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR