"Bu inamlı qələbə sabitliyə, sosial rifaha böyük inam yaradır..." - Rufiz Qonaqovdan prezidentə məktub

img

20-04-2018 [16:02]


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov prezident İlham Əliyevi BMAM kollektivi adından təbrik edib.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident!

Sizi, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm !

Hörmətli cənab Prezident!

Ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin mökhəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsində coxşaxəli fəaliyyətiniz vətəndaşlarımız tərəfindən daim yüksək qiymətləndirilmişdir. 11 apreldə keçirilən seçkilərdə Sizin böyük səs çoxluğu ilə qələbə qazanmağınız bunun bariz nümünəsidir. Bu inamlı qələbə ölkə əhalisində sabitliyə və təhlükəsizliyə, xalqımızın rifahının daha da yaxşılaşmasına, ərazi bütövlüyünün bərpa olunmasına inam yaradır.

Hörmətli cənab Prezident!

Bir daha Sizi təbrik edir, Azərbaycan naminə şərəfli, məsuliyyətli və yorulmaz fəaliyyətinizdə böyük nailiyyətlər diləyirəm!".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR