Sabah Milli Məclisi toplanacaq, yeni baş nazir seçiləcək - Artur Rasizadə rəsmən yola salınacaq?

img

20-04-2018 [15:42]


Sabah, aprelin 21-də Milli Məclisin plenar iclası keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib. 

İclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Nazirlər Kabineti istefaya gedib. Kabinetin yenidən qurulması üçün MM prezident tərəfindən namizədliyi irəli sürülmüş yeni baş nazirin məsələsinə baxmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR