Prezident İlham Əliyev Kubanın yeni başçısına məktub göndərdi - Mətn

img

20-04-2018 [15:04]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının Sədri Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab sədr,

Kuba Respublikası Dövlət Şurasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR