"Fənərbaxça" ilə "Beşiktaş" oyunu yarıdan təxirə salındı: Şenol Günəşin başını yardılar

img

19-04-2018 [23:21]


"Fənərbaxça" ilə "Beşiktaş" arasında bu gün keçirilən kubok oyunun revanş matçı ikinci hissənin 60-cı dəqiqəsində meydançada çıxan gərginliklə bağlı dayandırılıb.

Mia.az xəbər verir ki, buna səbəb "Fənərbaxça"lı azarkeşlərin "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin başına sərt əşya atması olub. Nəticədə Şenol Günəşin başından qan açılıb. O, xəstəxanaya aparılıb və başına tikiş atılıb.

Bundan sonra oyunçular meydandan çıxıblar.

25 dəqiqəlik məsləhətləşmədən  sonra hakimlər heyəti oyunun təxirə salındığını açıqlayıblar.

Qeyd edək ki, oyun dayanana qədər hesab 0-0 olub. Birinci hissədə isə Pepe qırımızı kartla qovulub.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR