“Prezidentin qərarını alqışlayırıq” - BAXCP funksionerindən açıqlama

img

19-04-2018 [18:45]


Prezident İlham Əliyev Milli Məclisdəki andiçmə məraisimində seçki kampaniyası zamanı namizədlərin səsləndirdiyi təkliflərə münasibət bildirib. Namizədlər tərəfindən səsləndirilən tənqidi fikirləri alqışladığını bildirən ölkə başçısı, dəyərli təkliflərin hamısının nəzərə alınacağını bildirib. 

Bununla bağlı Mia.az-a açıqlama verən BAXCP funksioneri, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünən andimə mərasimində ölkədə siyasi mədəniyyətin inkişaf etməsi və formalaşması ilə bağlı söylədikləri fikirlər çox müsbət haldır: 

"Həmçinin prezident seçki debatları zamanı namizəd olmuş şəxslərin səsləndirdiyi fikirlərə, təkliflərə baxılacağını qeyd etməsi təqdir olunası haldır. Bilrisiniz ki, president seçkiləri bitəndən sonra ilk olaraq cənab preizdent İlham Əliyevi qalıb gəlməsi münasibəti ilə Qüdrət Həsənquliyev təbrik etmişdi. Qüdrət bəy prezident İlham Əliyevi təbrik edirək, ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıraq İlham Əliyevin və onun komandasının digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracağını və həmin təkliflərdən faydalanacağına ümid etdiyini demişdi. Dünən prezidentin andiçmə mərasimində seçki debatları zamanı namizədlərin qaldırdığı məsələlərə diqqət ayrılacağını və dəyərli təkliflərin nəzərə alacağını qeyd etdi. Qüdrət Həsənquliyev prezidentliyə namizəd kimi öz platormasını və ölkədə mövcud olan problemləri və bu problemlərin həlli yollarını təklif edirdi. Qüdrət bəyin səsləndirdiyi problemıərdən biri də şəhid ailələrinə verilməsi nəzərdə tutulan 11 000 manat vəsaitin verilməməsi idi.Qüdrət bəy bu vəsaitin verilməsinə dair Azərbaycan Respublikasının Konstitutsiya məhkməsnin 28 yanvar 2014-cü il tarixli qərarının olmasını da qeyd etmişdi. Artıq bu gün cənab president İlham Əliyevin ilk fərmanını həmin şəhid ailələrinə veriləcək 11 000 manatın olmasına dair oldu. Düşünürük ki, sonuncu seçki marafonu zamanı prezidentliyə namizədlərin qaldırdığı məsələrlə ölkə başcısının diqqət ayırması ölkəmizi siyasi inkişafın yeni mərhələsinə keçirməyə imkan yaradacaqdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR