“Əfvetmə haqqında Əsasnamə” dəyişdi - Prezidentdən fərman

img

19-04-2018 [18:29]


Bu gün Prezident İlham Əliyev "Əfvetmə haqqında Əsasnamə” Azırvbaycan respublikası qanununda dəyişikliklər edilməsi barədə fərman verib.

Mia.az bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 VQD nömrəli Qanununun icrası ilə əlaqədar belə qərar alınıb: 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 475; 2003, № 6, maddə 290; 2010, № 1, maddə 8; 2011, № 10, maddə 890) ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə”yə 1. 8.1-ci bəndə "islah işləri,” sözlərindən sonra "azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilib.

Bununla yanaşı, 13-cü bənddə "İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin” sözləri "Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin” sözləri ilə əvəz olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR