Azərbaycan Azəri-Çıraq-Günəşli" və "Şahdəniz"dən nə qədər qazanıb? - Fond açıqladı

img

19-04-2018 [17:44]


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku və Şahdəniz yatağı üzrə bu ilin aprelin 1-ə qədərki gəlirləri açıqlayıb.

ARDNF-dən Mia.az-a verilən məlumata görə, 2001-ci ildən AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 130 551 milyon dollar təşkil edib.

Bu ilin ilk 3 ayı ərzində AÇG yatağından 2 065 milyon dollar gəlir götürülüb.

2007-ci ildən bu ilin aprelin 1-ə qədər Şahdəniz yatağı üzrə əldə olunan ümumi gəlirlər 2 506 milyon dollar olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR