Bakıda NATO ilə Rusiya arasında görüş baş tutdu - Nələr müzakirə edildi?

img

19-04-2018 [16:44]


Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti ilə görüşüb.

Məlumata görə, görüş zamanı NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyəti, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması məsələləri müzakirə olunub.

Tərəflər həmçinin Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar və beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR