MMP Dövlətimiz və Prezidentimizin daim yanında olub və olacaq - Müraciət

img

18-04-2018 [20:01]


Müasir Müsavat Partiyasının (MMP) üzvləri Prezident İlham Əliyevə təşəkkür ediblər.

Bununla bağlı MMP rəsmi səhifəsində müraciət yerləşdirilib. Müraciəti təqdim edirik: 

"Cənab Prezident, Siz adiçmə mərasimindəki çıxışınızda Prezidentliyə namizədlərin təbliğat-təşviqat dövründə kəskin tənqidi çıxışlarını alqışladınız və təşəkkürünüzü bildirdiz. Biz, Müasir Müsavat Partiyasının təmsilçiləri də Sizə öz təşəkkürümüzü bildiririk. Çünki bu təşəkkürü və qiyməti öz ünvanımıza qəbul edirik. Prezidentliyə namizəd olmuş Hafiz Haciyev ən kəskin tənqidi çıxışlarr etdiyi üçün təşəkkürü Partiyamızın və liderimiz, namizəd olmuş Hafiz Haciyev adına qəbul etdik.
Partiyamız və liderimiz nöqsanları görüb görməməzlikdən gəlmədiyi üçün Dövlətimiz və millətimiz üçün açıq şəkildə tənqidlərimizi bildirmişik.
MMP Dövlətimiz və Prezidentimizin daim yanında olub və olacaq!".


Digər xəbərlər
SON XƏBƏRLƏR