Azərbaycan “İsgəndər”ə qarşı silah alır

img

18-04-2018 [10:17]


Azərbaycan Belarusdan "Polonez” raket kompleksini almaq barədə müqavilə imzalayacaq.

Modern.az Rusiyanın "Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindəki mənbə açıqlama verib. Qeyd olunur ki, müqavilə bu il rəsmiləşdirilə bilər.

Alıcı ölkənin Azərbaycan olduğu açıqlanmasa da, Rusiya Müdafiə Nazirliyindəki yüksək rütbədəli zabitlər bu ölkənin Azərbaycan olduğunu təsdiq ediblər. "Polonez” raketlərinin tərkibində 10 raket kompleksinin, radiolokasiya sistemi və s. vasitələrin olduğu da təsdiqlənib.

Qeyd olunur ki, "Polonez” raket kompleksi Moskvanın Minskə "İsgəndər” raketləri satmaqdan imtina etməsindən sonra yerli müdafiə sənayesinin ekspertləri tərəfindən yaradılmışdı. Sistem 301 mm-lik, 200 kilometrə qədər hədəfi dəqiqliklə vuran raketlərlə təchiz olunub.




Digər xəbərlər
SON XƏBƏRLƏR