Şriftin ölçüsü / 213 dəfə oxunub

Hakimləri təhqir edən klub rəsmiləri cəzalandırıldı

17 Aprel 2018 [14:53]
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda birinci divizionda və əvəzedicilərin yarışında baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Əvəzedici heyətlərin 23-cü turunun "Zirə” - "Neftçi” matçında ev sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində "Zirə”nin futbolçusu Samir Məmmədzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Birinci divizionun 23-cü turunun "Qaradağ Lökbatan” - "Zaqatala” matçının 43-cü dəqiqəsində qonaqların futbolçusu Nicat Muxtarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

"Ağsu” - "Mil-Muğan” matçında İmişli klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 57-ci dəqiqəsində "Mil-Muğan”ın üzvü Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunub.

"Binə” - "Şüvəlan” matçı başa çatdıqdan sonra "Binə” klubunun rəsmi şəxsləri Rəhman Cəfərov, Süphan Əliyev, Сavid Tanrıverdiyev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalnıb, klub 1200 manat cərimə olunub.



SON XƏBƏRLƏR