Ərdoğan Putin və Makronla danışdı

img

15-04-2018 [00:16]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Fransa liderləri Vladimir Putin və Emmanuel Makronla telefon danışığı olub.

Tərəflər arasında Suriyanın kimyəvi silah işlətməsinə cavab olaraq ABŞ, Böyük Britaniya və Fransanın Suriya rejiminə qarşı həyata keçirdikləri əməliyyat müzakirə olunub.

Ərdoğan Türkiənin kimyəvi silahdan istifadəni əzəldən şiddətlə qınadığını bildirərək vəziyyətin daha da kəskinləşməsinin tərəfdarı olmadığını söyləyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR