Polis bülletenlərə “Diktator” yazanları tapdı

img

13-04-2018 [14:32]


Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

seçkilərdə MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb və onların adları bülletenlərə daxil edilmişdi. Seçki günü ölkə üzrə qeydə alınmış seçicilərin təxminən dörddə üçü, yəni 74,3 faizi məntəqələrə gələrək istədiyi namizədə səs verdi. Əvvəldən proqnozlaşdırıldığı kimi, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti – 86,03 faizi hazırkı dövlət başçısı İlham Əliyevi dəstəklədi.

Mia.az azxeber.com-a istinadən xəbər verir ki, bəzi şəxslər bülletenləri korlamaqdan da çəkinməyiblər. Onlar namizədlərdən hansısa birinə səs vermək əvəzinə, aldıqları bülletenin üzərinə "Diktator” sözü yazaraq qutuya atdılar.

Hüquq - mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, məntəqələrdə quraşdırılmış müşahidə kameraları vasitəsilə həmin şəxslərin kimliyi müəyyənləşib. Bəziləri artıq polis bölmələrinə çağırılıb, digərləri haqqında isə ən yaxın zamanlarda tədbir görüləcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR