10-04-2018 [12:32]
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi "Bizim Planet" verilişi Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev və ADA Universitetinin siyasi elmlər doktoru Elnur Soltanovun maraqlı müzakirələri ilə yadda qalıb.
Ölkə miqyasında mühüm siyasi hadisələrin geniş diskussiya olunduğu verilişdə ilk növbədə Bakı Konqres Mərkəzində baş tutan Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi, prezident İlham Əliyevin buradakı çıxışı və yekun Bakı Bəyannaməsinin tarixi əhəmiyyəti barəsində tamaşaçılara məlumat verilib.
Bildirilib ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatının Bakı görüşü öz əhəmiyyətinə görə xüsusi yer tutur. Bakıda təşkil edilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən Qoşulmama Hərəkatının nazirlər görüşündə ümumilikdə 800-dən artıq şəxs iştirak edib.
Qoşulmama Hərəkatının tarixi, ümumi məqsəd və məramları barəsində geniş məlumat verilib. Vurğulanıb ki, prezident İlham Əliyevin Konfransın açılış mərasimində iştirak etməsi, eləcə də öz çıxışında toxunduğu mövzular olduqca əhəmiyyətli idi. Prezident burada, Azərbaycanda mövcud olan siyasi-ictimai sabitlik, dövlətimizin artan siyasi nüfuzu, sürətli iqtisadi inkişafı, beynəlxalq aləmdəki rolu və yeri, son illərdə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərin əhəmiyyətliliyi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, terrorist bir dövlət kimi beynəlxalq hüquq normalarını pozman Ermənistanın işğalçılıq siyasəti və digər mühüm məsələr ətrafında qonaqlara məlumat verib.
Qeyd olunub ki, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci nazirlər konfransında Yekun Bakı Sənədi, Bakı Bəyannaməsi və Fələstin üzrə bəyanatın qəbul olunması Hərəkatın tarixində yeni mərhələnin əsasını qoyub. Qoşulmama Hərəkatının suverenlik və dövlətlərin suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduğu, təcavüz və sülhün pozulması hallarının qarşısının alınması üçün effektiv tədbirlərin həyata keçirilməsi, həmçinin, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı hərbi təcavüzdən kənar durulması təsbit olunub.
Bildirilib ki, qlobal məsələlər, regional, sub-regional, inkişaf, sosial məsələlər və insan hüquqları kimi fəsilləri əhatə edən Yekun Bakı Sənədi ölkəmizin maraqları baxımından da fundamentaldır. Verilişdə şərh edilən digər mühüm mövzu dövlətimizin və xalqımızın tarixində yadda qalan aprel döyüşləri olub. Bildirilib ki, dört gün davam edən sözü gedən qəhrəmanlıq səlnaməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir dönüş nöqtəsi yaradıb. Aprel hadisələri müanqişənin həll olunmasında tamam yeni bir səhifə açıb. Ordumuzun göstərmiş olduğu şücaət və xalqımızın hərbdə ordu ilə bir ruhda olması dövlətimizin düşmənlər üzərində mühüm qələbəsi kimi qiymətləndirilib.
Qeyd olunub ki, aprel hadiəsələri göstərdi ki, gec ya da tez bir zamanda tarixi torpaqlarımızın geri qaytarılması qələbəmizi qətiləşdirir. "Bizim Planet”də müzakirə edilən mövzular arasında Bakı Ekspo Mərkəzində keçirilən "AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri olub.
Bildirilib ki, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştrakı etdiyi sərgi "Bütün dünya - bir sərgi” şüarı altında nümayiş olunub. 20 ölkəni təmsil edən 277 şirkətin iştirak etdiyi sərgidə Avropa və Asiya ölkələrini təmsil edən şirkətlər yer alıb. Qeyd olunub ki, sərgidə müxtəlif hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir.
Sərgidə nümayiş etdirilən Qarabağ stendinin böyük maraq doğurduğu xüsusi vurğulanıb. Sərginin təşkil olunmasının əhəmiyyətinə toxunan siyasi şərhçilər bildiriblər ki, sərgi vasitəsi ilə Azərbaycanın turizm imkanlarının tanıdılması ilə bərabər ölkəmiz dünya səviyyəli biznes, alış-veriş və istirahət məkanı kimi təbliğ edilir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"