ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Böyük və güclü olmaq niyyətləri bu qədərmi psixoz hal alıb? - mia.az
Şriftin ölçüsü / 304 dəfə oxunub

Böyük və güclü olmaq niyyətləri bu qədərmi psixoz hal alıb?

09 Aprel 2018 [18:17]
Əflatun AMAŞOV,
Mətbuat Şurasının sədri, Millət vəkili

***

Söyüş kampaniyası cəmiyyətin mütərəqqi kəsiminin, xüsusən də media ictimaiyyətinin sərt reaksiyası nəticəsində iflasa uğradı. Lakin bu çirkin işi özünə hobbi, siyasi məqsədlərini gerçəkləşdirməyin yeganə vasitəsi kimi müəyyənləşdirmiş şəxslər yenə də fəaliyyətdədirlər.

Onların 11 aprel Prezident seçkilərinə hesablanmış hərəkətlərində başlıca məqsəd ölkə başçısı cənab İlham Əliyevin komandası daxilində nifaq toxumu səpmək, dövlət idarəçiliyində xaos yaradaraq vətəndaş etimadsızlığı üçün zəmin formalaşdırmaqdır. Dövlətimizə, ölkə başçısına sadiq insanların hədəfdə saxlanılması da məhz buna görədir.

Niyyətlərinə çata bilmədilər. Şübhəsiz, çata da bilməyəcəklər. Əli Həsənovun adının guya söyüş və təhqir dolu şərhlərin hazırlanmasında hallandırmaları siyasi iflaslarının son çırpınışıdır. İflasa məhkum olanlar həm xaricdə, həm də daxildədirlər.

Xaricdəkilərin məqsədi aydındır. Ayrı-ayrı anti-Azərbaycan dairələrin ölkəmizdəki maraqlarını təmin etmək üçün dəridən-qabıqdan çıxırlar. 

Bəs daxildəkilər nə istəyir? 

Görünür, hər kəsin asanlıqla söyülə, linç edilə bilinəcəyi vəziyyətin formalaşmasının arzusundadırlar. İqtidar hərislikləri, böyük və güclü olmaq niyyətləri bu qədərmi psixoz hal alıb? 

Çox təəssüf....


Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR