Aptekdə cibə girən şəxs tutuldu

img

09-04-2018 [13:26]


İctimai nəqliyyatda, həmçinin insanlarının sıx olduğu obyektlərdə cibgirlik edərək edərək insanların pul və qiymətli əşyalarını ələ keçirən şəxsin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsi (RPİ) 18-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Şöbəyə müraciət edən zərərçəkən rayon ərazisində yerləşən apteklərdən birinə müştəri kimi daxil olan zaman cibindən naməlum şəraitdə içərisində 120 ABŞ dolları və 100 manat olan pul kisəsinin oğurlandığını bildirib.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov saxlanılıb. Qeyd edək ki, saxlanılan şəxsin aptekdə törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində etdiyi cinayəti etiraf edib.

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR