67 nəfərin öldürüldüyü, 8 qoca, 2 uşaq və 7 qadının diri-diri yandırıldığı Azərbaycan kəndi... - Soyqırımdan 26 il ötdü

img

08-04-2018 [09:59]


Bu gün Ağdaban soyqırımından 26 il ötür.

Xatırladaq ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib.

Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub