Şəmkirdə xəstəxananın tikintisinə 7,6 milyon manat ayrıldı

img

07-04-2018 [18:21]


Azərbaycan prezidenti İlham Əliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,6 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR