Prezidentliyə namizəd Nərimanovda seçicilərlə görüşüb - Fotolar

img

07-04-2018 [15:53]


Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev seçicilərlə növbəti görüşünü keçirib.

Budəfəki görüş Bakının Nərimanov rayonunda baş tutub. Prezidentliyə namizəd öncə seçki platforması, islahak paketi barədə məlumat verib. 

Daha sonra ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məruzə edən Hafiz Hacıyev hakim komandada təmsil olunan xəyanətkar məmurlarla bağlı sərt fikirlər səslənidirib. O bildirib ki, seçiləcəyi təqdirdə koalision hökumət formalaşdırmağı da planlaşdırır. Hafiz Hacıyev qeyd edib ki, hakimiyyətə gələcəyi təqdirdə ilk olaraq korrupsioner və qanunsuz əməlləri ilə seçilən məmurlara qarşı təmizləmə əməliyyatı aparacaq.  

Sonda görüşdə iştirk edən seçicilərlə səmimi söhbət oldu. Namizəd ona ünvanlanan suallara cavab verdi. 














Digər xəbərlər
SON XƏBƏRLƏR