Gürcüstanın Bakıdakı səfirliyində dövlət bayrağı endirilib - Səbəb

img

06-04-2018 [10:53]


Gürcüstanın Azərbaycandakı səfirliyində dünən şaxtanın çökməsi nəticəsində insanların ölməsi ilə əlaqədar dövlət bayrağı endirilib.

Bu barədə "Report” diplomatik nümayəndəliyin məlumatına əsasən xəbər verir.

Qeyd edək ki, aprelin 5-də Tkibuli şəhərində Mindeli şaxtası çöküb, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Gürcüstan hökuməti şaxtaçıların ölümü ilə əlaqədar ölkədə matəm elan edilməsinə və bütün inzibati binalarda bayraqların aşağı salınmasına qərar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR