Milli Qəhrəman anıldı

img

04-04-2018 [15:03]


Aprelin 3-də tarixində Binəqədi rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun anım gününə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, RİH Başçısı Aparatının söbə müdirləri, Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, Milli Qəhrəmanlar Mirzə Quliyev, Zabit Quliyev, İntiqam Atakişiyev, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyininsədri Elşən Uluxanlı, Hüquq-mühafizə orqanlarının rəis müavinləri,Milli qəhrəmanın ailə üzvləri və rayon ictimaiyyəti iştirak etdi.

Tədbir Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov Fərhad Hümbətovun həyat yolunun gələcək nəsillər üçün örnək olduğunu söylədi. Milli Qəhrəman Mirzə Quliyev Milli qəhrəmanlara, onların ailələrinə ölkə başçısı tərəfindən böyük dəyər verildiyini qeyd etdi.Daha sonra çıxış edən Milli Qəhrəmanları Tanıtım İctimai Birliyininin Binəqədi rayon şöbəsinin rəhbəri Fizuli Həsənov vətən anlayışının geniş mənaya malik olduğunu və bu anlamı ifadə etmək, onun haqqında danışmaq üçün bir insan ömrünın kifayət etmədiyini bildirdi. Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova şəhid anası olmağın böyük bir qürur olduğunu bildirdi.Qüdrətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad edəcəyinə inandığını bildirən şəhid anası həmin günün elə də uzaq olmadığını qeyd etdi.Sonda çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılova verildi.NatiqAzərbaycan tarixinə Aprel ayının qələbə ayı kimi daxil edildiyini bildirdi. Vüsar İsmayılov Azərbaycan ordusunun igidliyi, rəşadəti sayəsində düşmən ordusunun məğlubiyyət acısını dadması ilə yanaşı şanlı qələbənin çox yaxında olduğunu anlatdığını və Aprel qələbəsinin Fərhad Hümbətov kimi vətən uğrunda canını qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarına ordumuzun igid əsgərlərininin qələbə sözü olduğunu dedi .

Rəsmi hissəsi bitdikdən sonra tədbir bədii hissə ilə davam etdirildi. Sonra tədbir iştirakçıları tərəfindən Milli qəhrəman Fərhad Hümbətovun abidəsi önünə gül dəstələri qoyuldu.

Tədbirdən sonra ehsan süfrəsi açıldı.




Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR