ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Baloğlan Əşrəfova görə Elçin Əlibəylini ölümlə hədələyiblər - QALMAQAL - mia.az
Şriftin ölçüsü / 1073 dəfə oxunub

Baloğlan Əşrəfova görə Elçin Əlibəylini ölümlə hədələyiblər - QALMAQAL

04 Aprel 2018 [10:36]
"Space" telekanalında yayımlanan "Onda başladıq" verilişində sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəyli ilə əməkdar artist Baloğlan Əşrəfov arasında gərginlik yaranıb.

E.Əlibəyli B.Əşrəfovun bir müddət öncə Üzeyir Hacıbəyli barədə "O, şərq musiqisinə ziyan vurub" dediyini xatırladıb.

B.Əşrəfov isə bildirib ki, aparıcının söylədikləri həqiqəti əks etdirmir:

"Danışığınıza fikir verin. Məni səhv anlayıblar. Şərq aləmində Üzeyir bəydən böyük bəstəkar olmayıb. Mənə irad tutdular ki, oxumağında Şərq koloriti var. Dedim ki, Üzeyir bəyin yazdığı əsərlərdə də o kolorit olub. Üzeyir bəyi yazdığı mahnılara görə Peterburqa çağırırlar. Deyirlər, sənin yazdıqlarından Şərq iyi gəlir. Deyirlər ki, get, səni Sibirə göndərmirik. Get, yazdıqlarına bir az düzəliş et. O da tarın pərdələrindən artıq şeyləri sökür. Ondan sonra Peterburqdakı rəhbərliyin istədiyi formada əsərlər yazır. Yeri gəlmişkən, deyim ki, həmin verilişdən sonra Elçin bəy mənə zəng vurub üzr istədi".

E.Əlibəyli isə qeyd edib ki, məhz sözügedən verilişdən sonra bir nəfər zəng vuraraq onu ölümlə hədələyib:

"Həmin nömrəni hələ də saxlayıram. Ancaq mən sizdən üzr istəməmişəm".




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR