Prezidentliyə namizəd Sumqayıtda seçicilərlə görüşdü - Fotolar

img

03-04-2018 [19:46]



Bu gün Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Sumqayıtda seçicilərlə görüşüb.

Seçki qərargahından Mia.az-a verilən məlumata görə, namizədin budəfəki görüşü qələbəlik olub. Belə ki, onunla görüşmək istəyənlərin bir qismi kluba yerləşməyib deyə, çöldə qalıb. Amma Hafiz Hacıyev onları da dinləyib. 

Çıxış edən prezidentliyə namizəd ölkədəki ictimai-siyasi vəziyyətdən, məmur özbaşınalığından, qanunsuzluq, korrupsiya və rüşvətxorluqdan danışıb. Bildirib ki, seçiləcəyi təqdirdə bu gün problem kimi insanların həyatına mənfi təsir edən bütün neqativlikləri aradan qaldıracaq. H.Hacıyev onu da vurğulayıb ki, onun prezidentliyi dönəmində heç kimə güzəşt omayacaq, ölkədə qanunun aliliyi təmin olnacaq, kimsə xalqın malını talamayacaq.

Namizəd onu da nəzərə çatdırıb ki, radikal müxalifət hər zamankı kimi xalqın yanında deyil. Onun sözlərinə görə, Avropadan gələn sifarişlə söyüş və təhqirlərə yol verilməsi xalq tərəfindən qəbul olunmur.

Daha sonra Hafiz Hacıyev seçiciləri dinləyib, onların problemləri ilə maraqlanıb.










Digər xəbərlər
SON XƏBƏRLƏR