Çoban Xızıda qoyun sürüsünü oğurladı - Həbs olundu

img

03-04-2018 [17:19]


Xızı rayon sakini Elnur Hüseynov RPŞ-yə ərizə verərək, ona məxsus 42 baş qoyununun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov Polis əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı İ.Rüstəmov törətdiyi cinayəti etiraf edib, çoban işləyən zaman Elnur Hüseynova məxsuz 42 baş qoyununun mənimsəyərək satdığını bildirib.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR