Bölgədəki rabitəçilər Prezidentin sərəncamından yararlana bilmir

img

02-04-2018 [16:25]


Respublikanın ayrı-ayrı bölgələrində çalışan rabitə işçiləri Azərbaycan Respublikası Prezidentinin "Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 3 mart 2018-ci il tarixli sərəncamından yararlana bilmirlər.

Sərəncamda dövlət büdcəsindən maliyyələşdirilən mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalısan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10% artırılsa da, bölgələrdə işləyən telefon qovşağının işçilərinin və rabitəçilərin əmək haqqları artırılmayıb.

Məsələ ilə bağlı Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuz cavab olaraq bildirilib ki, Telefon Qovşaqları və Poçt Filialları təsərrüfat-hesabı ilə fəaliyyət göstərdiyindən telefon və poçt işçilərinin əməkhaqlarının artırılması ölkədə bu sahədə aparılan dövlət siyasətinə uyğun olaraq müəssisənin maliyyə imkanından asılı olaraq həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR