02-04-2018 [12:50]
Azər HƏSRƏT,
***
Mənim tanıdığım Kamal Abdulla bunu etməz. Edərsə, mənim tanıdığım Kamal Abdulla olmaz…
Yadımdadır, ötən ilin payızına doğru gənc həmkarlarımızdan Həsən Babayev mənə müraciət edərək bir yardımımı istəmişdi. O və xanımı Günel Almaniyaya yerləşmək istəyirdi. Müvəqqəti.Yəni bildiyimiz ölkədən nə ad altında olursa olsun qaçıb, ordan bizə qiş qıcayanlar kimi deyil. Bu gənclər təhsil üçün ora getməli idilər. Sadəcə bir balaca maliyyə sıxıntıları vardı. Onu həll etmək üçün müəyyən addımlar atmağa da çalışdıq, amma bir nəticə olmadı. Bu gənclərə görə çox üzüldüm, lakin bir müddət sonra öyrəndim ki, problemi həll edib artıq Almaniyaya yerləşiblər.
Əlaqəni kəsmədim təbii ki. Onların təhsili, ictimai fəaliyyəti daim maraq dairəmdə oldu və hər zaman gördüm ki, Həsən xanımı Günellə birlikdə həm təhsil alır, həm də Azərbaycan üçün bacardıqları qədər çalışır. Bu durum şəxsən məni sevindirməyə bilməzdi.
Amma bizi üzən bir durumun da olduğunu öyrənincə xeyli təəssüfləndim. Bugünlərdə öyrəndim ki, Günel ən adi bir problem üzündən Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmək məcburiyyətində qalıb. Onu buna məcbur edənsə… Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova olub.
Açığı, bu Jalə xanım haqqında bir bilgim olmadığı üçün heç bir fikir yazmıram. Amma olayın özünü araşdıranda gözümün kəlləmə çıxdığını demədən də keçə bilmirəm.
Nə baş veribmiş?
Günel Babayeva Berlin Texniki Universitetinin magistrantı olaraq "Azərbaycanda alman dili” mövzusunda dissertasiya işi yazır. Özü də bunu Almaniyanın KAAD təşkilatının təqaüdünü qazanaraq edir. Yəni mən də xatırlayıram ki, o gənclər oxumaq üçün təqaüd qazandıqlarını, yalnız gediş-gəliş üçün maliyyəni özlərinin tapmalı olduqlarını demişdi.
Günel xanım işlədiyi mövzunu araşdırmaq üçün Azərbaycan Dillər Universitetinə hələ ötən ilin oktyabrında müraciət göndəribmiş. Aradan aylar keçsə də cavab ala bilməməsi həm onu, həm də elmi rəhbəri olan alman mütəxəssisi təəccübləndirib. Üstəlik də elmi işin tamamlanmasını təhlükə altına qoyub. Bunu nəzərə alaraq Günel xanım ADU ilə əlaqə saxlayıb. Hətta Azərbaycana da gəlib. Şəxsən prorektor Jalə Qəribova ilə danışıb. Söz verilib ki, məsələ həll ediləcək.
Lakin aradan bir neçə ay da keçib, problem həllini tapmayıb. Durumun bu qədər kritik olması – bir universitetin adi bir sorğuya aylarla cavab verməkdən yayınması ona səbəb olub ki, Günel elmi rəhbəri Prof. Torsten Rölke (Thorsten Roelcke) ilə birlikdə Azərbaycan Respublikası Prezident Administrasiyasına kömək üçün müraciət etməyə məcbur qalıb. Bu isə ADU tərəfini qəzəbləndirib və bir tələbənin öz ölkəsinin dövlət qurumuna müraciətini qeyri-etik adlandıraraq əks addım atıblar…
Bu əks addımsa ondan ibarət olub ki, Günelin təhsil aldığı Berlin Texniki Universitetinə şikayət məktubu ünvanlanıb…
İndi Günelin elmi işi, lap elə gələcək karyerası təhlükə altındadır. Sadəcə ADU-dan xahiş etdiyi adi sorğuya cavab ala bilməməsi üzündən. Halbuki həm Günel, həm də həyat yoldaşı Həsən Azərbaycan dövləti üçün çox gərəkli gənclərdir və məqsədləri özlərini daha yüksək səviyyədə yetişdirib dövlətin xidmətində durmaqdır. Di gəl ki, hansısa işbilməzin biri bu gəncləri narazı salır, yarı yolda qoyur və bu yolla da Azərbaycan dövlətinə zərər vurur. Düzdür, Həsənlə Günel hər xırda məsələyə görə, öz dövlətindən imtina edəcək, narazı qalacaq gənclər deyil. Amma onların bu qədər küncə sıxışdırılması da düzgün deyil axı…
Mən bəzi başqa təfərrüatları da bilirəm. Amma əminəm ki, Kamal Abdulla şəxsən bunlardan xəbərsizdir və ona görə də yazmıram. Sadəcə istərdim ki, ADU rəhbərliyi bu yanlışı mümkün qədər tez düzəltsin. Biz çalışırıq ki, gənclərimiz xaricdə təhsil alıb vətənə faydalı övlad kimi geri qayıtsın. Dövlət bunun üçün milyonlarla pul xərcləyir. Bu gənclərsə dövlətin bir qəpik pulunu belə xərcləmədən təhsil alır, eyni zamanda Azərbaycan adına layiqli işlər görür, burdan hansısa məsuliyyətsizin biri götürüb onların universitetinə şikayət yazır. Olacaq şey deyil!
Mən çox istərdim ki, bu gənclərin başına bu oyunu gətirənlərin əsas məqsədi araşdırılsın. Niyə bu adamlar Azərbaycan üçün xaricdə faydalı iş görmək istəyən gənclərə mane olur, onları narazı salır? Ümumiyyətlə, bu nə yanaşmadır və ölkəmizdə hər şeyin ASANlaşdırılması fonunda ADU bir sorğuya 6 ay ərzində niyə cavab vermək istəmir?
Sonda bir daha qeyd etmək istərdim ki, bu yanaşma Kamal Abdulla yanaşması deyil. Bizim tanıdığımız, bildiyimiz Kamal Abdulla həmişə gənclərin dostu olub, onlara himayədarlıq edib. Belə anlaşılır ki, olanlar onun iradəsindən kənar baş verir. Ona görə də Kamal müəllimlə əlaqəsi olanlardan xahiş edərdim ki, məsələ haqqında ona dərhal məlumat versinlər. Heç şübhə etmirəm ki, o, xəbər tutacağı anda müsbət addım atacaq…
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb