ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Polislə qaçdı-qovdu oynayan ərköyün gənc hansı monopolistin bacısı oğludur? - Faktlar üzə çıxdı + VİDEO - mia.az
Şriftin ölçüsü / 575 dəfə oxunub

Polislə qaçdı-qovdu oynayan gənc kimin bacısı oğludur? - Faktlar üzə çıxdı + VİDEO

31 Mart 2018 [20:47]
Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonunda 10-LJ-600" dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib.

Mia.az Report-a istinadən bildirir ki, nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi "Nissan Sunny" markalı avtomobil onun maşınına çırpılıb. 

BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub. O, yol polislərinin "saxla!" əmrinə tabe olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilib.

Lakin Dövlət Gömrük Komitəsi rəsmi açıqlama yayaraq, məlumatı təkizb edib. Bildirilib ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir və bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Maraqlıdır ki, həmin qəza törədən şəxsin bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq ediyi haqda da video yayılıb.  

O, Yol Patrul Xidmətinin qanuni "saxla!" əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib və saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sürücü məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib.

Bəs, bu ərköyün varlı balası kimdir? Hansı vəzifəli şəxsin oğludur?

Mia.az xəbər verir ki, bu barədə AzEuroNews.com maraqlı məlumat yayıb.

Sayt iddia edib ki, "10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Elvin Adıgözəlov gömrük sisteminin "qara kassası" hesab olunan və ölkəyə bir çox məhsulların gətirilməsinə birbaşa nəzarət edən qalmaqallı - "Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun bacısı oğludur: 


"Xəbər yayılıb ki, sürücü Elvin Adıgözəlov məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib. Lakin məlum olub ki, ona həbs verilməyib və məsuliyyətdən yayınıb. Çünki Elvinin atası Nüsrət Adıgözəlovdur. O Nüsrət ki, Əbülfəz Məlikovun bacısının həyat yoldaşıdır. Yəni polislərlə qaçdı-qovdu oynayan avtoxuliqan Elvin Adıgözəlov Əbülfəz Məlikovun dost-doğma bacısı oğludur". 

Məlumata görə, Elvin Adıgözəlov da "Trans-Broker”də çalışır.

Məsələyə rəsmi münasibət öyrənmək mümkün olmayıb.

Adıgözəlovun Heydər Əliyev prospektində etdiyi avtoxuliqanlığın görüntüləri:



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR