ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK SOYQIRIMA ƏN YAXŞI CAVAB - mia.az
Şriftin ölçüsü / 326 dəfə oxunub

SOYQIRIMA ƏN YAXŞI CAVAB

31 Mart 2018 [16:19]
Zahid ORUC, Millət vəkili

***

Şərq ruhunun dərinliyində kədər var, lakin ermənilərdən fərqli olaraq, azərbaycanlılar dövlət qurmağın ideologiyasını faciə və göz yaşlarının üzərində apara bilmir.

Səbəbləri bəllidir, çünki tarixdə qələbə qazanmış və böyük hərbi rəşadətlər göstərmiş bir millət qırılmanı - əslində məğlubiyyəti, zəifliyi tərənnüm edərək, dünyadan özünə rəhm diləmək istəmir. Ona görə də biz elə etməliyik ki, erməniçilik xəstəliyi bizə sirayət etməsin. Əsil qoyqırım bax o olar-erməni kimi yaşamaq.

Onlar qurbanlıq fəlsəfəsini özünüqoruma instinktinə çevirib ömür sürə bilərlər, hərçənd heç onu da bacarmırlar və azsaylı ermənilər dərk edir ki, fəhləsindən akademikinə qədər hər birinin ağlında daşınan yüz ilin ölüləri heç bir nikbinlik doğurmur, işıqlı gələcək vəd etmir, əksinə, yeni-yeni itkilərə səbəb olur.

Azərbaycan Xalq Cümhuriyyəti qurulanda sayımız 3 milyondan bir qədər çox idi.İndi 10 milyona çatmaqdayıq. Son 100 ilin müharibələrində çoxmu-azmı qırılmışıq sualına cavab da reallığı dəyişmir.Əsas odur ki,bizi bir millət kimi yer üzündən silmək planları iflasa uğrayıb. 2118-ci ildə 30-35 milyon olmaq üçün millətin gücünü səfərbər etmək və bir daha böyük savaşların yeminə çevrilməmək lazımdır.

Soyqırıma ən yaxşı cavab, müstəqil dövlət və sayı artan millətdir!

Mia.az


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR