Prezident seçkiləri ilə bağlı bu prosedurlar sabah başa çatır

img

31-03-2018 [10:37]


Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində respublikanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah başa çatır.

Mia.az xəbər verir ki, trend-in məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək, yəni aprelin 1-dək təqdim edilməlidir.

Aprelin 1-də, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü MSK-ya müraciət edilməsi müddəti başa çatır.

"Exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi də aprelin 1-dək başa çatır.



Digər xəbərlər
SON XƏBƏRLƏR