Hafiz Hacıyev Gəncədə seçicilərlə görüş kecirib - Fotolar

img

30-03-2018 [13:35]


Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Müasir Müsavat Partiyasının apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Mia.az xəbər verir ki, bu gün prezidentliyə namizəd, MMP sədri Hafiz Hacıyev Gəncə şəhərində Gəncə Dövlət Filarmoniyasında seçicilərlə görüş kecirib.

Hafiz Hacıyev seçicilərə seçki platformasının əsas istiqamətləri barədə məlumat verib.

Namizəd vətəndaşların seçkilərdə fəal iştirakının demokratik proseslərin inkişafı və vətəndaş mövqeyinin ifadə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hafiz Hacıyev seçicilərin etimadını qazanacağı təqdirdə ölkədə köklü dəyişikliklərə başlayacağını, hakimiyyəti korrupsioner və xəyanətkar məmurlardan təmizləyəcəyini bildirib.

Görüşün sonunda MMP sədri seçicilərin suallarını cavablandırıb.







Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR