Qüdrət Həsənquliyev seçicilərlə görüşüb

img

29-03-2018 [22:30]


Bu gün Lənkəran Mədəniyyət Mərkəzində prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev seçicilərlə görüşüb.

Mia.az xəbər verir ki, görüşü giriş sözü ilə açan BAXCP sədrinin müavini, BAXCP-nin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli Qüdrət Həsənquliyevin siyasi partiya sədri və millət vəkili kimi fəaliyyətindən danışıb.

Daha sonra prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçicilərə seçki platformasının əsas istiqamətləri barədə məlumat verib.

BAXCP sədri vətəndaşların seçkilərdə fəal iştirakının demokratik proseslərin inkişafı və vətəndaş mövqeyinin ifadə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qüdrət Həsənquliyev ölkədə qanunun aliliyinin təmin edilməsi üçün hüquqi islahatların aparılmasının vacibliyini qeyd edib. Prezidentliyə namizəd seçicilərin etimadını qazanacağı təqdirdə qəbul edəcəyi ilk qərarların məhkəmə-hüquq sistemi ilə bağlı olacağını bildirib.

Qüdrət Həsənquliyev çıxışında Qarabağ probleminin həlli yollarından, ordu quruculuğu prosesindən, vətəndaş cəmiyyəti quruculuğundan və digər məsələlərdən də danışıb.

Görüşün sonunda BAXCP sədri seçicilərin suallarını cavablandırıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR